Qəbul imtahanının cavabı nə vaxt açıqlanacaq? - RƏSMİ


Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

İmtahanda 54247 abituriyentin iştirakı nəzərdə tutulurdu.

Turkustan.az-ın məlumatına görə, mayın 26-dan etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 16-17 gündən sonra elan olunması nəzərdə tutulur.


MANŞET XƏBƏRLƏRİ