Neftin barel qiyməti 81,83 dollar oldu


Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 81,83 dollara satılır.

Turkustan.az xəbər verir ki, ötən gün 82,14 dollara qədər bahalaşan Brent markalı neftin bir barel qiyməti gün ərzində 81,67 dollara düşüb. Brent markalı neftin bir barelinin qiyməti bu gün 09,48-də bağlanış tarixi ilə müqayisədə 0,19 faiz artaraq 81,83 dollar olub. Eyni zamanda, Vest Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 77,76 dollara satılıb.

Qiymətlər yeni günə üfüqi bir tendensiya ilə başlasa da, Yunanıstanın dünən Avropa Birliyinin (AB) Qırmızı dənizdəki "Aspides" missiyasına qatılmaq qərarına gəldiyini açıqlaması, davam edən geosiyasi gərginliyə dair narahatlıqları artıraraq qiymətlərin yuxarıya doğru hərəkətini dəstəkləyir. Yaxın Şərqdəki digər bölgələrə də yayılacaq.

Bundan başqa, Yəməndəki husilər,ABŞvə Böyük Britaniyanın ölkənin qərbindəki Hudeydə şəhərinə 5 hava hücumu həyata keçirdiklərini açıqlaması da bu yüksəlişdə kömək edir.

Brent markalı neftin 82,01-82,14 dollar arası diapazonu müqavimət, 81,52-81,39 dollar arası isə dəstək zonası kimi baxıla bilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ