Çindən Azərbaycana 5 manata skumbriya gətirilir – Ölkələrin siyahısı


Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xarici ölkələrdən 642,31 ton dondurulmuş skumbriya balığı idxal edilib.

Turkustan.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan dondurulmuş skumbriyanın ümumi gömrük dəyəri 2 milyon 890,83 min dollar (4 milyon 914,41 min manat) təşkil edib.

Qeyd edək ki, bu il idxal olunan dondurulmuş skumbriyanın 1 kiloqramının orta gömrük dəyəri 4,50 dollar (7,65 manat) olub.

Dondurulmuş skumbriya Azərbaycana aşağıdakı ölkələrdən idxal edilib:

Rusiya – 487,31 ton (bir kiloqramın orta gömrük dəyəri 8,08 manat);
İslandiya – 81,68 ton (6,16 manat);
Qrenlandiya – 24,32 ton (8,03 manat);
Norveç – 28 ton (6,23 manat);
Çin – 21 ton (4,91 manat).


MANŞET XƏBƏRLƏRİ