Tramp: Çin İrana silah göndərərsə, çox məyus olaram


ABŞ Prezidenti Donald Tramp Çinin İrana silah göndərəcəyi ilə bağlı iddialara münasibət bildirərək, belə bir addımın atılacağı təqdirdə bundan ciddi narahatlıq duyacağını deyib.

Turkustan.az xəbər verir ki, Bloomberg"in yaydığı məlumata görə, Tramp Oval kabinetdə jurnalistlərin suallarını cavablandırarkən Reuters-in Çinin yaxın həftələrdə İrana 400 ədəd daşınan zenit-raket kompleksi (MANPADS) göndərəcəyi barədə xəbərinə münasibət bildirib.

"Bu, gözlənilməz olardı. Belə hadisələr baş verə bilər, amma mən bunu gözləmirəm. Si Cinpin mənə qəti şəkildə bu işə qarışmayacağını deyib. Əgər əksinə olsa, mən çox məyus olacağam. Düşünürəm ki, o, sentyabrın 24-də burada olacaq", – deyə, Tramp bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ