Polşanın Baş naziri Donald Tusk bildirib ki, Lyublin voyevodalığına düşən obyektin Rusiyaya məxsus X-101 tipli qanadlı raket olduğu ehtimal edilir.
Turkustan.az xəbər verir ki, Tusk bu barədə cümə axşamı Lublin şəhərində keçirilən böhran qərargahının iclasında danışıb.
"Əldə olan bütün məlumatlar bunun Rusiyanın X-101 tipli raketi olduğunu göstərir", – deyə Polşa Baş naziri bildirib.
Tuskun sözlərinə görə, hadisənin bütün təfərrüatları hazırda aidiyyəti qurumlar tərəfindən araşdırılır.
Baş nazir həmçinin qeyd edib ki, hadisədən bir gün əvvəl Lublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə uzun görüş keçirib. O, bunu "olduqca qeyri-adi təsadüf" adlandıraraq bildirib ki, görüşdə əsas müzakirə mövzularından biri Rusiyadan qaynaqlanan təhlükələr fonunda Polşa ilə Ukrayna arasında hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi olub.
Aytən Yaşar/ Turkustan.az