Maaş və pensiya kartı olanların nəzərinə -Mərkəzi Bankın sədri açıqladı


Azərbaycan Mərkəzi Bankı maaş və pensiya kartları bazarında rəqabətin artırılması istiqamətində yeni mexanizmlər hazırlayır.

Turkustan.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına və “apa.az”a müsahibəsində deyib.

Onun sözlərinə görə, sentyabr-oktyabr aylarında maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq ediləcək.

"Hazırda texniki işlər görülür. Bu da rəqabətliliyin artırılmasına əminəm ki, təkan verəcək", - Mərkəzi Bankın sədri əlavə edib.


MANŞET XƏBƏRLƏRİ