İran tərəfini narahat edən bütün sualları cavablandırmağa hazırıq - Paşinyan


Ermənistan təvazökar, kiçik bir dövlətdir və vasitəçi kimi İranı ABŞ ilə barışdırmaq kimi iddialı niyyətləri ola bilməz.

Turkustan.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, böyük ölkələr arasında münasibətlərin aydınlaşdırılması prosesinə girmək barədə düşünmək düzgün deyil.

"İranın bütün suallarını cavablandırmağa və bütün narahatlıqları aradan qaldırmağa hazırıq". /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ