İddia: Tramp müşavirlərinə qəzəblənib, İran planı dalana dirənib


ABŞ prezidenti Donald Trampın müşavirlərinin İrandakı məqsədləri ilə bağlı ortaq məxrəcə gələ bilməməsi səbəbindən məyus və "yorğun" olduğu bildirilir.

Turkustan.az xəbər verir ki, NBC News-un məsələ ilə tanış mənbələrə istinadən verdiyi məlumata görə, Tramp və onun yaxın ətrafı ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibədə növbəti addımları müəyyən etməyə çalışırlar.

Adını çəkmədiyim mənbələr iddia edir ki, Trampın əsas müşavirləri və müttəfiqləri "müharibənin məqsədi ilə bağlı ortaq məxrəcə gələ bilmədikləri" üçün məyus olmağa başlayıb.

Trampın mövcud vəziyyətdən "narazı" olduğunu iddia edən mənbələr onun ötən həftə keçirilən görüşdə yüksək səviyyəli milli təhlükəsizlik mütəxəssislərinə qışqırdığını və onları təhqir etdiyini bildiriblər.

Mənbələrdən biri Trampın "yorğun" olduğunu və "İran tərəfini razılığa gətirməyin bu qədər çətin olacağını düşünmədiyini" bildirib.

Eyni mənbə iddia edir ki, "son nöqtəyə çatmaq üçün nə ediləcəyi və ya bunun nə qədər vaxt aparacağı ilə bağlı heç bir konkret strategiya yoxdur".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ