ABŞ-də yeni sorğu: Donald Trampa dəstək rekord həddə gerilədi


ABŞ-da keçirilən Quinnipiac Universitetinin son rəy sorğusuna əsasən, prezident Donald Trampın fəaliyyətini dəstəkləyən seçicilərin nisbəti 32 faizə qədər geriləyib.

Turkustan.az xəbər verir ki, sorğunun nəticələrinə görə, Respublikaçı seçicilər arasında da Trampa dəstək azalıb və bu göstərici 76 faiz təşkil edib.

İştirakçıların əksəriyyəti ABŞ-İran qarşıdurmasının ölkəyə mənfi təsir göstərdiyini düşünür. Respondentlər münaqişənin enerji qiymətlərinin artmasına və 18 amerikalı hərbçinin həyatını itirməsinə səbəb olduğunu qeyd ediblər.

Sorğu iştirakçılarının 54 faizi ABŞ-ın İranla müharibədə məqsədlərinə nail olmadığını bildirib. Yalnız 36 faiz respondent ABŞ-ın bu qarşıdurmada qalib gəldiyini düşünür.

Bundan əlavə, iştirakçıların 66 faizi ABŞ-İran münaqişəsinin ölkəyə faydadan çox zərər verdiyi qənaətində olduqlarını ifadə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ