Vatikanın rəhbəri Papa XIV Leo ABŞ və İran arasında əldə olunması gözlənilən razılaşmanın müharibəyə son qoymaq üçün real həll yolu olacağına ümid etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Roma yaxınlığındakı Kastel Qandolfodakı yay iqamətgahında həftəsonu istirahətini keçirən Papa jurnalistlərə beynəlxalq gündəmlə bağlı açıqlamalar verib.
ABŞ və İran arasında iyulun 19-da imzalanacağı gözlənilən razılaşmanı şərh edən Papa XIV Leo deyib:
“Şükürlər olsun ki, cümə günü rəsmi şəkildə imzalanması gözlənilən ən azı bir anlaşma memorandumu var. Bildirilir ki, hələ də həllini gözləyən müxtəlif məsələlər mövcuddur. Lakin bu problemləri müharibə yolu ilə deyil, dialoq və danışıqlar vasitəsilə həll etmək hər zaman daha yaxşıdır. Buna görə də ümid edirəm ki, bu razılaşma müharibəyə həqiqətən son qoyacaq bir həll yolu olacaq”.
Papa beynəlxalq münaqişələrin həllində diplomatiya və dialoqun əhəmiyyətini vurğulayaraq, tərəfləri sülh yolu ilə razılığa gəlməyə çağırıb.
Aytən Yaşar/ Turkustan.az