“Regionlarda ailələrlə iş” layihəsinin icrası davam edir


“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda ailələrlə iş” layihəsini icra edir.

QHT.az xəbər verir ki, layihənin məqsədi Layihənin əsas məqsədi Ağcabədidə problemli ailələrlə iş aparmaq, sağlam ailə dəyərlərini təbliğ etməkdən ibarətdir.

Layihə 3 ay müddətində Ağcabədi rayonunda həyata keçiriləcəkdir.

Layihə həyata keçirməklə Ağcabədidə olan 7 ailə ilə təlim keçiriləcək. Onlara sağlam ailə dəyərləri təbliğ olunacaq və bütün bunlar cəmiyyətin inkişafında ailə dəyərlərinin möhkəmlənməsi, həmin ailələrdə olan uşaqların cəmiyyətə sağlam adaptasiya olması ilə nəticələnəcək.


MANŞET XƏBƏRLƏRİ