Ruslar Yeni il üçün dollar ehtiyatı yığmalıdırlar.
Turkustan.az “Bankiros.ru”ya istinadən xəbər verir ki, bu məsləhəti vətəndaşlara SDM Bankın İdarə Heyətinin sədr müavini və xəzinədarlıq rəhbəri Eduard Luşin verib.
Bankirin fikrincə, rublun möhkəmlənməsi neftin qiymətinin aşağı düşməsinə baxmayaraq davam edən böyük valyuta satışları başa çatdıqdan sonra bitəcək.
"Yeni ildən başlayaraq, büdcə qaydasına əsasən, Maliyyə Nazirliyi çox güman ki, xarici valyutanın alınmasına başlayacaq və bu, milli valyutanın möhkəmlənməsi tendensiyasına son qoyacaq", - Luşin izah edib.
Ekspert əlavə edib ki, ilin sonuna qədər maliyyə bazarlarına əhəmiyyətli dərəcədə təsir edəcək bir çox hadisələr baş verə bilər, ona görə də ruslar əvvəlcədən idxal olunan avadanlıq və ya xarici valyuta almağı düşünməlidirlər./publika.az