Nemət Pənahlı seçkidə iştirakdan imtina edib? - Özündən açıqlama


27 saylı Sabunçu İkinci Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürən Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının seçkilərdə iştirakdan imtina etdiyi barədə xəbərlər yayılıb.

Bakupost.az məlumatı dəqiqləşdirmək üçün Nemət Pənahlı ilə əlaqə saxlayıb. O, yayılan məlumatların doğru olmadığını bildirib:

“Bunu sizə kim deyib? Kim deyibsə, düzgün məlumat verməyib. Namizədliyimi geri çəkməmişəm”.

Əldə etdiyimiz son məlumata görə isə Dairə Seçki Komissiyası vətəndaş imzalarının yetərsiz olması səbəbindən Nemət Pənahlının namizədliyini qeydə almayıb.

Qeyd edək ki, 27 saylı Sabunçu İkinci Seçki Dairəsində YAP-dan Səbinə Qasımova və AMİP sədri Arzuxan Əlizadə də namizəddirlər.


MANŞET XƏBƏRLƏRİ