İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə dəstəyi ilə "Mikrosahibkarlıqda innovativ həllər” layihəsinin icrasına başlayıb.
QHT.az xəbər verir ki, layihə çərçivəsində qeyd olunan maliyyə idarəçiliyi üzrə həssas mikro sahibkarlara təlimlərin keçiriləcək, bununla yanaşı onlar üçün praktiki təlimat sənədi də hazırlanacaqdır. Təlimatda mövzualara uyğun şəxsin fərdi şəkildə öyrənərək tətbiq etmək imkanı yaranacaqdır. Bu həm də gələcəkdə treyninqlərə qoşulmaq imkanı olmayan daha geniş kütləyə həmin materialların paylanması ilə həyata keçiriləcəkdir.
Sözügedən layihə çərçivəsində birliyimizin təlimçiləri mikro və kiçik sahibkarlara Bakı, Sumqayıt, Kürdəmir, Ağstafa, Gəncə, Şəki, Balakən rayonlarında maliyyə idarəçiliyi üzrə təlimlər keçəcəklər. Təlimlər barədə ictimaiyyətə ətraflı məlumatlar veriləcəkdir. Layihənin icra müddəti 01 iyun- 31 avqust 2024-cü il tarixlərini əhatə edir.