32 il gecikən "Son zəng"...


Laçın şəhər 2 nömrəli tam orta məktəbin işğaldan əvvəlki sonuncu məzunları yarımçıq qalmış hekayələrini 32 il sonra tamamlayıblar.

Turkustan.az xəbər verir ki, 1992-ci ilin mayın 25-də keçirilən "Son zəng"ə hazırlaşan məzunların arzuları mayın 18-də Laçının işğalı ilə yarımçıq qalmışdı.

Həmin məzunlar gecikən "Son zəng"lərini məzunu olduqları Laçın şəhər 2 nömrəli tam orta məktəbdə 32 il sonra vurublar. Bu Laçın azadlığa qovuşduqdan sonra çalınan ilk "Son zəng" olub. /modern.az/


MANŞET XƏBƏRLƏRİ