Tehranda yuxular qaçdı – “Bakı və Ankara imtina etməyəcək”


“Zəngəzur dəhlizi Bakı və Ankaranın o qədər də asanlıqla imtina edəcəyi proje deyil”.

Turkustan.az xəbər verir ki, bunu iranlı siyasi ekspert Şohayib Bəhmən deyib.

Ekspert iddia edir ki, dəhliz Azərbaycan və Türkiyə ilə yanaşı, pərdə arxasında digər aktorlar tərəfindən dəstəklənir. O hesab edir ki, hazırda bölgədə baş verənlər əsasən bununla bağlıdır.

“Bu layihə İranla Azərbaycan arasında yeni tranzit xəttinin çəkilməsi ilə bitməyəcək”, - Bəhmən əlavə edib.

İranlı analitik Zəngəzur dəhlizinin Turan ideyasının bir hissəsi olduğunu söyləyib.

Bəhmən Tehranla Bakı arasındakı dəhliz anlaşmasına diqqət çəkərək qeyd edib ki, İran üzərindən keçən bu yol Zəngəzur dəhlizinə alternativ deyil:

“İran yolu alternativ hesab edilmir. Bu marşrut 30 ildir mövcuddur, Azərbaycan ondan minimal xərclə istifadə edir, ona görə də bu marşrut heç də alternativ deyil”. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ