Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Turkustan.az xəbər verir ki, Ərdoğan bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Dost və qardaş Azərbaycanın Müstəqilliyin Bərpası Gününü ölkəm və xalqım adından ürəkdən təbrik edirəm.

Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə, kədərdə və sevincdə hər zaman bir olduğumuz azərbaycanlı qardaşlarıma salamlarımı çatdırıram”, – paylaşımda qeyd olunub.

Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib


MANŞET XƏBƏRLƏRİ