Ceyhun Bayramov: Azərbaycan milli maraqlarını qətiyyətlə müdafiə edir


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə sosial media hesabında paylaşım edib.

Turkustan.az xəbər verir ki, nazir paylaşımında Azərbaycan xalqını təbrik edib, ölkəyə davamlı tərəqqi və firavanlıq arzulayıb.

O qeyd edib ki, müstəqil Azərbaycan zəngin dövlətçilik irsinə söykənərək gələcəyə inamla addımlayır, beynəlxalq arenada mövqeyini gücləndirir və milli maraqlarını qətiyyətlə müdafiə edir:

“Yaşasın müstəqil, suveren və qüdrətli Azərbaycan!”


MANŞET XƏBƏRLƏRİ