Əfqanıstan və Pakistan arasındakı gərginlik son günlərdə yeni səviyyəyə yüksəlib.
Turkustan.az xəbər verir ki, Taliban rejimi Pakistanın sərhəd bölgələrində İŞİD hədəfləri olduğu iddia edilən hava əməliyyatları keçirdiyini açıqlayıb.
Əfqanıstan Müdafiə Nazirliyi Pakistanın Bəlucistan əyalətinin Saranan şəhərində və Xayber Paxtunxva əyalətinin bir neçə yerində İŞİD-ə qarşı hava hücumlarının həyata keçirildiyini açıqlayıb.
Əməliyyatın sərhəd boyunca fəaliyyət göstərən İŞİD ünsürlərinə qarşı aparıldığı bildirilir.
Pakistan Silahlı Qüvvələri Bəlucistan bölgəsində hava hücumundan müdafiə sistemləri tərəfindən dörd pilotsuz uçuş aparatının vurulduğunu açıqladı.
Aytən Yaşar/ Turkustan.az