Ermənistanda azərbaycanlılarla bağlı yeni qanun təşəbbüsü müzakirələrə səbəb olub.
Turkustan.az Musavat.com-a istinadla xəbər verir ki, erməni iş adamı, rusiyalı oliqarx Samvel Karapetyan və onun rəhbərlik etdiyi Güclü Ermənistan Partiyası azərbaycanlıların ölkədə daşınmaz əmlak almasının qadağan edilməsini təklif edib.
Karapetyan bildirib ki, Ermənistan Konstitusiyasında xarici vətəndaşların torpaq almasına müəyyən məhdudiyyətlər artıq mövcuddur. Onun sözlərinə görə, bu məhdudiyyətlərin daşınmaz əmlaka da şamil olunması vacibdir.
O iddia edib ki, əks halda ölkədə həyata keçiriləcək iqtisadi layihələr risk altına düşə bilər və iş yerləri azərbaycanlılara keçə bilər.
Karapetyan qeyd edib ki, hakimiyyətə gələcəkləri halda hökumətin ilk iclasında “Səfərov əleyhinə qanun” adlandırdıqları layihəni qəbul etməyə çalışacaqlar.