İrəvanda təşviş: Paşinyan Bakıya zəmanət verib, bütün tələblər yerinə yetiriləcək


Paşinyan Bakıya Azərbaycanın bütün tələblərini yerinə yetirəcəyinə söz verib.

Turkustan.az xəbər verir ki, bunu müxalifətçi millət vəkili və Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abrahamyan 27 martda Milli Məclisdə keçirilən ənənəvi brifinq zamanı deyib.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın zərurət yaranarsa, Konstitusiyadan Müstəqillik Bəyannaməsinin çıxarılması üçün təkrar referendum keçiriləcəyi barədə açıqlamasına münasibət bildirərkən bu haqda danışıb:

“Özünün maraqları yolunda o, mahiyyət etibarilə Bakıya nəyin bahasına olursa olsun, Azərbaycanın tələblərinin yerinə yetirilməsinə nail olacağına zəmanət verib”./publika.az


MANŞET XƏBƏRLƏRİ