Ermənilərin Qarabağa qayıdışı ilə bağlı İrəvandan açıqlama


Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın Qarabağ bölgəsinin erməniəsilli keçmiş sakinlərinin bu regiona mümkün qayıdışı ilə bağlı danışıb.

Turkustan.az xəbər verir ki, bu barədə o, brifinqdə jurnalistlərin suallarına cavab olaraq bildirib.

“Qayıdış hüququ” deyiləndə, xahiş edirəm mənə söyləyin: bu “qayıdış” necə və hansı şərtlərlə olacaq? Tutaq ki, insanlar qayıdırlar, onlar "müstəqil dövlət"in, yoxsa Azərbaycanın vətəndaşları kimi qayıtmaq istəyirlər? Onlar öz pasportları ilə gedib erməni məktəbində təhsil almaq istəyirlər, yoxsa erməni dilinin tədris ediləcəyi məktəb onlar üçün kifayətdir?

Polis qüvvələrinin tərkibi ilə bağlı sual da var: orada erməni millətindən də polis olmalıdır, yoxsa azərbaycanlı polislər kifayətdir? Bu mövzu ilə bağlı onlarla sual var və həmin cavablardan çox şey asılıdır. “Qayıdış hüququ”ndan danışanlar əvvəlcə bu prosesi necə təsəvvür etdiklərini açıqlasınlar”, - nazir qeyd edib.

Mirzoyan Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanın Qarabağla bağlı xalqı aldatdıqlarını vurğulayıb:

“Keçmişdə maksimum tələblər irəli sürülürdü, biz də deyirdik ki, yanaşmanı yumşaltsaq, həll yolları tapıla bilər. Amma bizi milli dəyərlərə xəyanətdə ittiham elədilər. İndi isə görürük ki, həmin insanların “şkalası” bizim o dövrlərdə danışdıqlarımızdan qat-qat aşağıdırr. Bu insanlar heç bir konkret izah vermirlər ki, “qayıdış” deyəndə nəyi nəzərdə tuturlar.

Xahiş edirəm, onları görəndə mənim adımdan sual verin: “Ararat Mirzoyan soruşur ki, siz qayıdışı necə təsəvvür edirsiniz?”.

Bu insanlar (Ermənistaın keçmiş prezidentləri) istədilərinin real olmadığını bilə-bilə 30 il ərzində bir xalqı yönləndiriblər, qan itkilərinə səbəb olublar, insanları aldadıblar. Mən də daxil olmaqla insanlar aldadılıb.

İndi də eyni narrativlə insanları aldatmaq istəyirlər”./teleqraf


MANŞET XƏBƏRLƏRİ