İran dövlət televiziyasının məlumatına görə, İran ordusu ölkədə baş verən etirazlar və son zamanlar artan zorakılıqla bağlı açıqlama yayıb.
Turkustan.az xəbər verir ki, bəyanatda İran xalqı arasında birlik və həmrəyliyin vacibliyi vurğulandı və İran ordusunun digər silahlı qüvvələrlə birlikdə "milli maraqları, strateji infrastrukturu və dövlət əmlakını güclü şəkildə qoruyacağı" mesajı çatdırıldı.
Bəyanatda aşağıdakılar yer alırdı:
"Bu gün düşmən müxtəlif taktikalarla ictimai asayişi pozaraq ölkədə qeyri-sabit bir mühit yaratmağa çalışır. 12 günlük müharibədə əlləri uşaqların qanına boyanmış düşmən İran xalqını qorumaq bəhanəsi ilə yeni nifaq salmağa çalışır".
Aytən Yaşar/ Turkustan.az