Bakının bütün rayonlarında ötən il torpaq sahəsinin qiymətlərində artım qeydə alınıb.
Turkustan.az xəbər verir ki, bu barədə "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinindən yurd.media-ya bildirilib.
Qeyd edilib ki, ən böyük artım Səbail və Yasamal rayonlarında qeydə alınıb – 37 faizə yaxın. Nəsimi və Nizami rayonlarında torpaq qiyməti bir il əvvələ nisbətən ¼ dəfə, Nərimanov rayonunda isə 1/5 dəfə qalxıb. Ən zəif bahalaşma Qaradağ rayonunda olub – 7 faizdən biraz çox.
Hazırda Bakıda ən bahalı torpaq sahəsi Səbail rayonundadır – sotu təxminən 442 min manat, ən ucuz torpaq sahəsini isə Pirallahı rayonunda almaq olar – sotu 10 min manata.
