ŞOK İDDİA: Tramp Netanyahuya Livana hücum etmək üçün yaşıl işıq yandırıb


ABŞ prezidenti Donald Trampın "İsrailin baş naziri Benyamin Netanyahuya Livana hücum etmək üçün yaşıl işıq yandırdığı" iddia edilir.

Turkustan.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN iddia edib ki, ABŞ prezidenti Tramp "Hizbullah silahlarını təhvil verməkdən imtina etdikdən sonra Netanyahuya hücum etmək üçün yaşıl işıq yandırıb".

KAN-dakı xəbərə görə, "Baş nazir Netanyahu kabinet nazirlərinə Trampın onlara Livana hücum etmək üçün icazə verdiyini bildirib. Hizbullahın tərksilah etməkdən imtina etməsindən sonra Tramp Livana hücum üçün icazə verib."

ABŞ hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ