İranda ümumxalq etirazlarının 11-ci gününə təsadüf edən 23 yaşadək futbolçular arasında Asiya çempionatında keçirilən İran – Cənubi Koreya oyununda maraqlı hadisə baş verib.
Turkustan.az xəbər verir ki, bu barədə yerli sosial mediada məlumat və görüntülər yayıb.
İranın milli futbol komandasının oyun öncəsi İslam Respublikasının himnini oxumadığı, oyunçuların kədərli üz ifadələri ilə stadionda səslənən himni dinlədikləri bildirilib.
Oyun 0-0 hesabı ilə heç-heçə ilə başa çatıb./axar.az