Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli sənəd ABŞ Prezidenti Donald Trampla ən yüksək səviyyədə yekunlaşdırılmaq üçün praktik olaraq hazırdır.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Facebook” da məlumat verib .
Zelenskinin sözlərinə görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov "dünən komandamızın Fransadakı danışıqlarının nəticələri barədə məlumat verib. Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli sənəd əslində ABŞ Prezidenti ilə ən yüksək səviyyədə yekunlaşdırılmağa hazırdır".
Prezidentin vurğuladığı kimi, "Ukraynanın Avropa və Amerika komandalarının işini birləşdirməyə davam etməsi vacibdir və biz, xüsusən də, bərpa və iqtisadi inkişafla bağlı sənədləri birgə müzakirə etdik".
Zelenski qeyd edib ki, müharibənin bitməsi üçün əsas çərçivə ilə bağlı mürəkkəb məsələlər də müzakirə olunub və Ukrayna tərəfi bu sənədin yekunlaşdırılması üçün mümkün variantları təqdim edib.
Aytən Yaşar/ Turkustan.az