İran çalxalanır - SEPAH-la ordu arasında savaş başladı


“Bu, sadəcə zaman məsələsi idi. Daxildəki korrupsiya mənim dini rejimin qoruyucu mafiyası hesab etdiyim İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə ordunun əsas heyəti arasındakı uçurumu daha da dərinləşdirib”.

Turkustan.az xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin üzvü, keçmiş təhlükəsizlik naziri Tomas Tuqendxat İranda davam edən ümumxalq etirazları barədə deyib.

Keçmiş nazir bundan əvvəl bildirmişdi ki, davam edən etirazlar fonunda Rusiyanın yük təyyarələri ilə İrandan külli miqdarda qızıl çıxarılır:

“Guya silah-sursat daşıyan Rusiyanın yük təyyarələri Tehrana enir. Halbuki ölkədən böyük həcmdə qızılın çıxarıldığına dair məlumatlar var. Bu, dini rejimin devrilmədən sonrakı həyata hazırlaşdığını göstərir”./teleqraf


MANŞET XƏBƏRLƏRİ