Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası “Tramp yolu” nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi üçün zəruridir”.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.
“Hazırda müəyyən iş prosesləri gedir, fürsət yarandıqda demarkasiya prosesi davam edəcək. Əlbəttə, hər şey yerində də baş verəcək, çünki kommunikasiyalar və TRIPP (“Tramp yolu”) layihəsinin işə salınması üçün ən azı sərhədin bu hissələri demarkasiya olunmalıdır”, - Paşinyan sərhədlərin delimitasiya və demarkasiyası prosesinin hazırkı vəziyyəti ilə bağlı sualı cavablandırarkən bildirib.
Baş nazir hazırda yerdə aktiv işlərin aparıldığını və məlumatların əldə edildiyi anda açıqlanacağını qeyd edib: “Bu iş həssas yanaşma tələb edir. Hazırda bu detalları qeydə almaq üçün sənədlər hazırlayırıq”./teleqraf