Elçibəyin qardaşı oğlundan Nemət Pənahlıya sərt cavab: bu tip cılız adam...


Meydan hərəkatının liderlərindən olmuş Nemət Pənahlı iddia edib ki, o zaman toplanan təxminən 10 milyon manat vəsait AXC lideri, mərhum eks-prezident Əbülfəz Elçibəy tərəfindən mənimsənilib. Onun sözlərinə görə, pulun böyük hissəsi Elçibəyə verilib, məsələni araşdırmaq istədikdə isə Rəsul adlı şəxs Elçibəy tərəfindən müdafiə olunub və sonradan dövlət vəzifəsinə təyin edilib.

"Bir gün Rəsulun həyat yoldaşı bir hüzür yerində mənimlə görüşüb ağlayaraq dedi ki, sən elə bilirsən, Rəsul sənə xəyanət edir? O sənə xəyanət etməyib. O yığılan pulun 70 faizini Əbülfəz Elçibəyə verib, qalanını da dayısı aldadaraq əlindən alıb, bir hissəsini də pul yığanlar talan ediblər. Bundan sonra Rəsulun özünü də hədələyiblər ki, bu məsələni Nemətə desən, səni öldürəcəyik",-Nemət Pənahlı qeyd edib.

Turkustan.az məsələ ilə əlaqədar Əbülfəz Əliyevin qardaşı oğlu Hürrü Əliyevlə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Hürrü Əliyev belə cılız mövzulara cavab vermək istəmədiyini deyib:

"Əbülfəz Elçibəylə bağlı bu tip cılız adamların cılız mövzuları mənə maraqlı deyil!". /Modern.az/


MANŞET XƏBƏRLƏRİ