“Türkiyənin sülhməramlı kontingentinin Ukraynaya yerləşdirilməsi yalnız atəşkəs əldə edildiyi təqdirdə mümkündür”.
Turkustan.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Ankara daimi atəşkəsə nail olmağa yönəlmiş istənilən konstruktiv təşəbbüslərdə iştirak etməyə hazırdır. Lakin qoşunların “könüllülər koalisiyası”nın bir hissəsi kimi yerləşdirilməsi yalnız atəşkəs olduqda və hər bir iştirakçı üçün aydın missiya müəyyən edildikdə mümkündür. Bu baxımdan, biz “könüllülər koalisiyası”nın fəaliyyətində aktiv iştirak edirik”, – deyə bildirilib.
Bundan əvvəl Ukrayna Prezident Aparatının müşaviri Mixaylo Podolyak deyib ki, Böyük Britaniya, Fransa, Almaniya və Türkiyə münaqişə bitdikdən sonra Kiyevə sülhməramlı kontingentləri göndərməyə hazırdırlar./Globalinfo.az