10 mart razılaşmasına əsasən ilin sonuna qədər Suriya ordusuna inteqrasiya etməsi gözlənilən terror təşkilatı SDF, bu istiqamətdə gözlənilən addımı atmaqla yanaşı, Hələbdə mülki əhaliyə qarşı hücumlar da həyata keçirib.
Turkustan.az xəbər verir ki, yaranmış gərginlikdən sonra Suriya Ordusu bu gün saat 13:30-da PKK/YPG terror təşkilatının nəzarəti altında olan Hələbin Şeyx Məqsud, Əşrəfiyyə və Bəni Zeyd məhəllələrində SDF mövqelərinə qarşı əməliyyata başlayacağını açıqlayıb.
Terror təşkilatına verilən son tarix rəsmi olaraq başa çatdığından, Suriya ordusu Hələb şəhər mərkəzində PKK/YPG-yə qarşı hədəfli əməliyyatlara start verib.
Məlumata görə, əməliyyatlar əsasən Əşrəfiyyə, Şeyx Məqsud və Bəni Zeyd məhəllələrində cəmləşib. Tankların bölgəyə daxil olması ilə tərəflər arasında şiddətli toqquşmaların baş verdiyi bildirilir.
Aytən Yaşar/ Turkustan.az