ABŞ administrasiyası İsrailin Baş naziri Benyamin Netanyahuya çox sərt reaksiya verərək, Qəzza zolağında HƏMAS-ın silahlı qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının komandiri Raid Saadın öldürülməsinin atəşkəsin pozulması olduğu mesajını çatdırıb.
Turkustan.az xəbər verir ki, Amerikanın "Axios" saytının iki ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, Ağ Ev rəsmiləri İsrailin Baş naziri Benyamin Netanyahunu Raed Saadın sui-qəsdi ilə bağlı tənqid ediblər.
ABŞ rəsmisi, sui-qəsddən sonra Vaşinqton administrasiyasının Baş nazir Netanyahunun administrasiyasını qətiyyətlə qınadığını vurğulayaraq, "Ağ Evin Netanyahuya mesajı bu idi: 'Əgər nüfuzunuzu ləkələmək və razılaşmalara əməl etmədiyinizi göstərmək istəyirsinizsə, davam edin, amma Qəzza razılaşmasını vasitəçilik edən Prezident Trampın nüfuzunu ləkələməyinizə icazə verməyəcəyik'" dedi.
Aytən Yaşar/ Turkustan.az