Rusiya Mərkəzi Bankının Belçikada yerləşən qiymətli kağızlar üzrə klirinq və hesablaşma agentliyi olan Euroclear-dan təxminən 229,7 milyard dollar təzminat tələb etdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, Moskva Arbitraj Məhkəməsi Rusiya mətbuatına açıqlamasında bildirib ki, Rusiya Mərkəzi Bankı 12 dekabrda Euroclear şirkətinə qarşı qaldırılan iddia üzrə 18,2 trilyon rubl təzminat tələb edir.
Dekabrın 12-də Avropa Birliyinə (AB) üzv dövlətlər 210 milyard avro dəyərində Rusiya aktivlərini qeyri-müəyyən müddətə dondurmaq qərarına gəldilər.
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas da bildirib ki, Rusiya Ukraynaya dəymiş ziyanı kompensasiya etməsə, Rusiyaya ödənilməli olan 210 milyard avro Aİ ərazisində qalacaq.
Aytən Yaşar/ Turkustan.az