Azərbaycanlı alim Daşkənddəki beynəlxalq elmi konfransda ortaq Türk fəlsəfə tarxinin yaranmasını təklif edib


10 oktyabr 2025-ci il taixdə Özbəkistanın Daşkənd Dövlət Şərqşünaslıq Universitetində “Özbəkistan-Azərbaycan ədəbi əlaqələr və həmkarlıq istiqbalları” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.

Həmin beynəlxalq elmi konfransda onlayn şəklində iştirak edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, f.ü.f.d., dosent Faiq Ələkbərli “Türk xalqlarının ortaq fəlsəfi təfəkkür tarixinə aid bəzi mülahizələr” mövzusunda məruzə edib. O bildirib ki, hazırda dünyada bir çox xalqların fəlsəfəsindən və filosoflarından bəhs edildiyi halda, “Türk fəlsəfəsi” ilə “Türk filosofu” anlayışlarına nadir hallarda rast gəlmək mümkündür.

Bütövlükdə isə “Türk fəlsəfəsi” və “Türk filosofu” anlayışlarının dünya fəlsəfəsində, dünya fəlsəfə tarixində özünəməxsus bir yeri olması fikrini söyləmək çox çətindir. Dosent sözlərinə görə, ən yaxşı halda ilk Türk filosofları olaraq Orta çağda yaşamış Məhəmməd Farabi, Əbu Reyhan əl-Biruni, Əhməd Yəsəvi, Matrudi və başqalarının adları çəkilir ki, onlarda əsasən İslam mədəniyyətinin ya da ərəbdilli fəlsəfənin nümayəndələri kimi qələmə verilirlər. F.Ələkbərli qeyd edib ki, Türk fəlsəfəsi ya da Türk xalqlarının fəlsəfəsi ilə bağlı “Türk fəlsəfə tarixi”nə aid ortaq kitablar nəşr olunnmalı, Türk xalqlarının təhsil sistemində (bakalavratura, magistratura, doktorantura) Türk fəlsəfəsinin, Türk fəlsəfə tarixinin tədrisi məsələsi dəqiqləşməli, Türk xalqları fəlsəfə müntəxabatının bütün Türk dillərində ərsəyə gətirilməsi, ən azı vizual şəkildə “Türk xalqları fəlsəfəsi Kitabxanası” yaradılması gerçəkləşməlidir.


MANŞET XƏBƏRLƏRİ