Əsədin qəssabından dəhşətli etiraflar – “1400 nəfəri belə öldürdüm”


Suriyada devrilmiş Bəşər Əsəd rejiminin keçmiş qırıcı pilotları törətdikləri mülki qırğınların pərdəarxası təfərrüatlarını açıqlayıblar.

Turkustan.az xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

“Pilot Rami Süleyman hücum əmrlərinin şəxsən Bəşər Əsəd və müdafiə naziri tərəfindən verildiyini bildirib. O qeyd edib ki, bombalanacaq hədəflər Hərbi Hava Qüvvələri Komandanlığının briqada generalı Əhməd Bellul tərəfindən faks vasitəsilə çatdırılıb. Rami 2013-cü ildə Şərqi Qutada 1400-dən çox mülki şəxsin ölümünə səbəb olan kimyəvi hücumu təşkil edib.

“Nə olduğunu soruşanda mənə “vakuum bombası” dedilər. 50 metr yüksəklikdən hücum etməyimi istədilər. Koordinatlara getdim, hücumu həyata keçirdim və qayıtdım. Ertəsi gün xəbərlərdən kimyəvi hücumun baş verdiyini öyrəndim”.

Pilot Münzir Savvan “Kilsəyə hücum əmri alsanız, nə edərdiniz?” sualına cavab olaraq rejimin sərt üzünü belə təsvir edib: “Hücum edərdim. Əgər əmrə tabe olmasaydım, təkcə mən deyil, anam, atam, uşaqlarım və bacı-qardaşlarım da edam ediləcəkdi”.

“Şərqi Quta qırğınının günahkarı” olmaq ittihamını rədd edən Savvan, missiyalarda könüllü olmadığını və yalnız ona verilən koordinatları hədəf aldığını iddia edib.

Qeyd edək ki, Guta kimyəvi hücumu 21 avqust 2013-cü ildə Şərqi Quta ərazisində baş verib və 1400-dən çox mülki şəxsin öldüyü bildirilir. Sözügedən hadisə Suriya vətəndaş müharibəsi dövrünün ən böyük kimyəvi hücumlarından biri sayılır./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ