Trampın üzünə bunu deyən olmamışdı - Britaniya kralı nəyi xatırlatdı?


Böyük Britaniya kralı III Çarlzın prezident Donald Trampın “ABŞ olmasaydı, Avropa bu gün alman dilində danışardı” fikrinə verdiyi cavab bu gün dünya mediasının gündəmindədir.

Turkustan.az xəbər verir ki, dünya mediası, siyasi analitiklər Britaniya kralının ABŞ prezidentinin iki ay öncə səsləndirdiyi fikrə cavabını ən sərrast cavab kimi şərh edir.

Qeyd olunur ki, kralın çıxışı zamanı qarşısında əyləşən Donald Trampa “Əgər biz olmasaydıq, siz indi fransız dilində danışırdınız” deməsi ilk baxışda zarafat təsiri bağışlasa da, əslində daha dərin tarixi və siyasi məna daşıyır. Bu açıqlama sadəcə zarafat deyil. Bu, ABŞ və Avropa arasında qarşılıqlı tarixi asılılığı və rol bölgüsünü xatırladan, eyni zamanda müasir siyasi ritorikaya balans gətirməyə yönəlmiş diplomatik mesaj kimi qiymətləndirilə bilər.
Məsələnin kökündə iki mühüm tarixi hadisə dayanır. Trampın vurğuladığı tezis əsasən İkinci Dünya müharibəsi dövrünə istinad edirdi. Bu yanaşmaya görə, ABŞ-nin hərbi müdaxiləsi olmasaydı, müharibədə Avropa Adolf Hitler rəhbərliyində Almaniyanın nəzarətinə keçə bilərdi. Bu isə ABŞ-nin Avropanın “xilaskarı” kimi təqdim olunmasına xidmət edən siyasi ritorikanın bir hissəsidir.

Kral III Çarlzın cavabı isə daha qədim bir dövrə - ABŞ müstəqillik mübarizəsi dövrünə işarədir. ABŞ-nin müstəqillik mübarizəsi zamanı Britaniya Amerikadakı koloniyalara ciddi hərbi və maliyyə dəstəyi göstərmişdi. Tarixçilərin fikrincə, bu dəstək olmasaydı, ABŞ-nin müstəqillik qazanması ya mümkünsüz, ya da xeyli gecikmiş ola bilərdi.

Kralın səsləndirdiyi fikir dolayısı ilə onu deməyə yönəlib ki, tarix birtərəfli qəhrəmanlıq hekayəsi deyil. ABŞ Avropaya İkinci Dünya müharibəsində mühüm dəstək versə də, Avropa da ABŞ-nin dövlət kimi formalaşmasında həlledici rol oynayıb. Bu cür ifadələr Britaniya diplomatiyasına xas üslubdur. Açıq tənqid əvəzinə yumor və incə istehza ilə mesaj verilir. Bu həm ABŞ ilə münasibətləri korlamamaq, həm də Avropanın tarixi rolunu xatırlatmaq məqsədi daşıyır./Musavat.com


MANŞET XƏBƏRLƏRİ