“Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılması üçün imzalanacaq hər hansı saziş iki ölkənin qarşılıqlı şəkildə suverenliyi və ərazi bütövlüyünə əsaslanacaq”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndəsi, parlamentin sədr müavini Rubin Rubinyan deyib.
O, Ermənistandan keçən bütün yol və infrastrukturların onun suverenliyi və yurisdiksiyasına uyğun olacağını bildirib:
“Bütün kommunikasiyalar Konstitusiyaya uyğun şəkildə fəaliyyət göstərməlidir. Azərbaycan üçün açılan yollar, qarşılıqlı fayda əsasında Ermənistan üçün də açılacaq. Rəsmi məlumat veriləcək, bütün narahatlıqlar aradan qalxacaq”.
Ermənistanın baş nazir aparatının mətbuat katibi Nazeli Baqdasaryan da İrəvanın dəhlizlə bağlı təkliflərə razılaşdığına dair yayılan məlumatları təkzib edib:
“Baş nazir Paşinyan bu il iyulun 16-da keçirdiyi mətbuat konfransında Ermənistan Respublikasının yanaşmalarını çox aydın və yanlış şərhə yol vermədən təqdim edib. Başqa bir istiqamətdən söhbət gedə bilməz”./Globalinfo.az