Qardaş ölkə Macarıstanda parlament seçkiləri keçirildi və ölkənin hazırkı rəhbəri Viktor Orbán seçkilərdə məğlub oldu. Müxalifət lideri Péter Magyar qalib gəldi və Orbán yeni lideri təbrik etdi.
Məni təəccübləndirən isə sosial şəbəkələrdə bəzi azərbaycanlıların buna sevinməsidir. Guya rusmeyilli siyasətçi getdi, yerinə qərbyönlü siyasətçi gəldi.
Əzizlərim, Viktor Orbán Macarıstanı türk dünyasının ayrılmaz bir parçası kimi təqdim edirdi və öz yolu ilə gedirdi. Türkün diktatoru olmaz, türk ədalətli olar.
İnanıram ki, yeni seçilən lider də bu istiqamətdə addımlayacaq. Öz növbəmdə qardaş Hun ölkəsinin yeni lideri Péter Magyarı təbrik edir və uğurlar arzulayıram.
Mənim üçün rusyönümlü, qərbyönümlü və ya başqa qütbyönümlü olmaq eyni dərəcədə əhəmiyyətsizdir — aralarında fərq görmürəm. Mənim üçün böyük və müqəddəs Türk Ailəsi var.
Bəlkə də artıq dünyaya öz maraqlarımız prizmasından baxmağı öyrənməliyik. Yəni öz yolumuzla getməliyik. Bu yol Türk yoludur.
Türkün yolunda gedənlərə eşq olsun!
Yolumuz aydın olsun.
Çingiz Bayramov