1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun Türkiyənin tanınmış jurnalisti Mehmet Ali Biranda verdiyi müsahibənin görüntüləri yayılıb.
Turkustan.az Globalinfo.az-a istinadən xəbər verir ki, A.Mütəllibov müsahibəsində Qarabağ ermənilərinin silahı yerə qoymaları halında SSRİ dövründə olduğu kimi muxtariyyət statusu ilə yaşaya biləcəklərini vurğulayıb.
O, Rusiyanın münaqişədəki roluna işarə etsə də, konkret ad çəkməyib. Sabiq prezident Azərbaycan Xalq Cəbhəsi ilə münasibətlərdən də danışaraq, onlarla koalisiya hökuməti qurmaq və seçkilərdə birgə iştirak etmək istədiyini vurğulayıb.
Müsahibəni təqdim edirik:
/globalinfo.az/