Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərinə gəlir.
Turkustan.az xəbər verir ki, bu barədə Teleqraf-a diplomatik mənbələrdən bildirilib.
R.T.Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçiriləcək 17-ci Zirvə görüşündə iştirak edəcək.
Təşkilatın sammiti iyulun 3-də başlayacaq və 4-də bitəcək. Zirvə görüşünə Türkiyə Prezidenti ilə yanaşı İƏT-ə üzv olan bir çox ölkənin dövlət və hökumət başçısı qatılacaq.