APEC sammitində iştirak edən liderlər birgə ailə fotosu çəkdiriblər.
Turkustan.az xəbər verir ki, Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Zirvə Toplantısına qatılan dövlət və hökumət başçıları daha sonra şam yeməyində bir araya gəliblər.
Çin Prezidenti Si Cinpinin ev sahibliyi etdiyi qəbulda iştirak edən liderlər şam yeməyindən əvvəl birgə foto çəkdiriblər.
Tədbirdə ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin, Cənubi Koreya Prezidenti Li Ce Myunq, İndoneziya Prezidenti Prabovo Subianto, Vyetnam Prezidenti To Lam, Filippin Prezidenti Ferdinand Markos Jr., Meksika Prezidenti Klaudia Şeynbaum, Peru Prezidenti Keyko Fujimori, Çili Prezidenti Xose Antonio Kast, Bruney Sultanı Həsənal Bolkiah, Yaponiya Baş naziri Takaiçi Sanae, Kanada Baş naziri Mark Karni, Avstraliya Baş naziri Entoni Albanese, Yeni Zelandiya Baş naziri Kristofer Lukson, Malayziyanın Baş naziri Ənvər İbrahim, Sinqapur Baş naziri Lorens Vonq, Tayland Baş naziri Anutin Çarnvirakul və Papua Yeni Qvineyanın Baş naziri Ceyms Marape iştirak ediblər.
Həmçinin Çinin Honkonq Xüsusi İnzibati Bölgəsinin baş icraçı direktoru Con Li Kaçiu və APEC-də “Çin Taypeyi” adı ilə təmsil olunan Tayvanın nümayəndəsi, “Acer” şirkətinin təsisçisi Stan Şi də qəbulda olublar.
Aytən Yaşar/Turkustan.az