Misir və Suriya 2011-ci ildən dayandırılan birbaşa uçuşların bərpası üçün protokol imzalayıblar.
Turkustan.az xəbər verir ki, Misir Mülki Aviasiya Nazirliyinin məlumatına görə, sənəd Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 43-cü Fövqəladə Baş Assambleyası və 7-ci Dünya Hava Nəqliyyatı Konfransı (ATConf/7) çərçivəsində imzalanıb.
Noyabrın 16-da Kanadanın Monreal şəhərində başlayan tədbirlər zamanı imzalanan protokol iki ölkə arasında təxminən 15 ildir dayandırılan birbaşa aviareyslərin yenidən başlamasını nəzərdə tutur.
Bəyanatda bildirilib ki, protokol mülki aviasiya sahəsində aparılan əvvəlki müzakirələrdən sonra imzalanıb.
İmzalanma mərasimində Misirin mülki aviasiya naziri Samih əl-Hafni və Suriyanın Mülki Aviasiya və Hava Nəqliyyatı Baş İdarəsinin rəhbəri Ömər əl-Husri iştirak ediblər.
Aytən Yaşar/Turkustan.az