Paşinyan yeni Konstitusiyanın və sülh müqaviləsinin anonsunu verdi


Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbulundan sonra sülh sazişinin imzalanmasına və ratifikasiyasına zəmanətlərin mövcud olduğunu bildirib.

APA xəbər verir ki, i, institusional sülhün təmin edilməsi üçün şəxsən məsuliyyəti üzərinə götürməyə hazır olduğunu vurğulayıb.

“Düşünürəm ki, yeni Konstitusiyanın qəbulundan sonra institusional və dönməz sülhün təmin olunacağına zəmanət olaraq bütün siyasi kapitalımı ortaya qoya bilərəm”, – Paşinyan Milli Assambleyada çıxışı zamanı deyib.


MANŞET XƏBƏRLƏRİ