Rusiyanın bu ölkəyə hücum planının qarşısı alındı - Gizli əməliyyat


“Rusiya kəşfiyyatı oktyabrın sonu və ya noyabrın əvvəlində Polşada təxribat əməliyyatı keçirməyi planlaşdırıb. Əməliyyat planı böyük ehtimalla, sərhədi keçmək və öz ərazilərindəki hədəfə hücumlar etməkdən ibarət olub”.

Turkustan.az
xəbər verir ki, bu barədə Polşanın “Rzeczpospolita” nəşri yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildirir ki, Rusiya təxribat məsuliyyətini Kiyevin üzərinə qoymaq üçün bunu saxta bayraq əməliyyatı kimi həyata keçirə bilərdi. Planlaşdırılan təxribatla bağlı məlumatı Polşaya tərəfdaş ölkələrin kəşfiyyat xidmətləri verib. Bununla yanaşı, Polşanın kəşfiyyat xidmətinin analitikləri də belə bir təxribatın mümkünlüyünü istisna etməyiblər.

Nəşr yazır ki, Baltikyanı ölkələr - Estoniya, Latviya və Litvanın kəşfiyyat xidmətləri də Polşaya bu haqda xəbərdarlıqlar göndərib.

Mənbələrdən biri qeyd edib ki, hücum ediləcək konkret hədəflər haqqında məlumatları olub.

Digər mənbə isə Rusiyanın planlaşdırdığı təxribatı İkinci Dünya Müharibəsi başlanmazdan əvvəl Qlivitsedəki təxribatla müqayisə edib.

“Sərhədi keçənlər güman ki, güllələnəcək və ya üzərində Ukraynadan olduqlarını göstərən dəlillər tapılacaqdı. Məqsəd Ukraynaya yardımın kəsilməsinə nail olmaqdır”, - mənbə nəşrə danışıb./publika.az


MANŞET XƏBƏRLƏRİ