Parisin cənubunda iki tramvayın toqquşması nəticəsində səkkiz nəfər xəsarət alıb.
Turkustan.az xəbər verir ki, qəza Tiais şəhərindəki Verdun-Hoche dayanacağında baş verib.
Dayanacaqda gözləyən tramvay eyni xətt üzrə hərəkət edən digər tramvayla toqquşub. Nəticədə səkkiz nəfər yüngül xəsarət alıb.
Dünən yerli vaxtla saat 19:47-də baş verən qəza nəticəsində tramvaylardan birinin ön hissəsinə ciddi ziyan dəyib.
Qəzanın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Parisdə iki tramvay toqquşdu: Səkkiz nəfər yaralandı
Aytən Yaşar/Turkustan.az