Rusiyanın “Azimut” aviaşirkətinin Mineralnıye Vodı–Antalya reysini yerinə yetirən təyyarəsində bomba təhlükəsi barədə xəbərdarlıq edilib.
Mülki aviasiya üzrə ixtisaslaşmış “HavaSosyalMedya” portalının xəbərinə görə, xəbərdarlıq təyyarə Türkiyənin hava məkanında olarkən bortdan verilib.
Təyyarənin göyərtəsində 65 sərnişin və 4 ekipaj üzvü olub./Modern.az