Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycana ərazi güzəştinə getmək niyyətində olmadığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Paşinyan bu barədə Ermənistan parlamentində çıxışı zamanı bildirib.
“Biz heç nə güzəştə getməmişik və getmək niyyətində də deyilik. Buna ehtiyac yoxdur və ümumiyyətlə, belə bir məsələ gündəmdə mövcud deyil”, – baş nazir vurğulayıb.
Paşinyanın sözlərinə görə, Ermənistan hökuməti fəaliyyətində “Real Ermənistan” ideologiyasını rəhbər tutur.
O əlavə edib ki, Azərbaycanla dövlət sərhədinin delimitasiyası prosesi Ermənistan parlamenti tərəfindən ratifikasiya edilmiş, hüquqi cəhətdən məcburi qüvvəyə malik sənədlə tənzimlənir. /Musavat.com/