Rusiya qüvvələrinin Ukraynanın Qara dəniz sahilində yerləşən liman şəhəri Odessaya üç dalğa şəklində hücumu nəticəsində dörd nəfər həlak olub, azı 13 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, Odessa vilayətinin qubernatoru Oleh Kiper bildirib ki, hücumlar nəticəsində yaşayış evlərinin, kafelərin və mağazaların pəncərələri sınıb. Bundan başqa, bir avtomobil yanıb, çoxsaylı nəqliyyat vasitələrinə ziyan dəyib.
Odessa Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak isə hücumlar zamanı yaşayış binasının və təhsil müəssisəsinin də hədəf alındığını bildirib.
Aytən Yaşar/Turkustan.az