Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyinin və ASA Tədris Mərkəzinin “Həyat sığortasının insan həyatında rolu” mövzusunda apardığı ikinci tədqiqat işinin təqdimat mərasimi keçirilib.
ASA bu barədə məlumat yayıb.
Təqdimat mərasimini giriş sözü ilə açan ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyev tədqiqatın aparılma məqsədi, metodologiyası və mümkün töhfələri haqqında məlumat verib.
Tədqiqatçı İlahə Ümidli tədbir iştirakçılarına araşdırmanın nəticələrini nümayiş etdirib, bildirib ki, tədqiqat işinin gedişində əsas suala: “Niyə Azərbaycanda əhalinin həyat sığortası məhsullarına kütləvi marağı yoxdur?" və digər bu kimi suallara cavablar axtarılıb.
Tədqiqat prosesində Azərbaycan Mərkəzi Bankı və həyat sığorta şirkətləri ilə əməkdaşlıq edilib.
Tədqiqata 1011 nəfər əhali, 146 nəfər sığorta şirkətlərinin əməkdaşları, 32 nəfər peşəkar sığorta eksperti cəlb edilib.
Tədqiqat Bakı və Bakıətrafı kənd və qəsəbələrdə aparılıb.